YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycan neft gəlirlərindən ən uğurlu istifadə edən dövlətdir

«Bəzi şəxslər  Azərbaycanda iqtisadi böhranın olduğuna dair fikirlər səsləndirirlər. Bu, tamamailə yanlış fikirdir. Azərbaycan neft gəlirlərindən düzgün istifadə edərək həm sosial, həm də iqtisadi sahəni inkişaf etdirib».  Bu fikirləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov parlamentin  bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, Azərbaycan neft gəlirlərindən ən uğurlu istifadə edən dövlətdir. Onun sözlərinə görə, ötən dövr ərzində 3000-ə yaxın məktəb, 600-ə qədər xəstəxana, çoxlu sayda idman kompleksləri tikilib, yollar çəkilib, mədəniyyət obyektləri təmir olunub, texnoparklar yaradılıb. Onların hamısı xalqımız tərəfindən istifadə olunur: «Azərbaycan ən uğurlu sosial siyasət yürüdən ölkədir. Ölkə başçısı İlham Əliyev də çıxışlarında vurğulayır ki, sosial sahəyə ayrılan vəsaitlər artırılmalıdır. Konstitusiyada göstərildiyi kimi Azərbaycan sosialyönümlü dövlətdir.  Ona görə də, sosial sahədə artımların şahidi oluruq. Bu yaxınlarda ölkə Prezidentinin sərəncamları ilə pensiya və əməkhaqları artırıldı».