YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Günəşli” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 6 nömrəli dərin dəniz özülündə 152 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, quyu məhsuldar qat çöküntülərinin Balaxanı lay dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2845-2761 metr intervaldan sutkalıq 15 ton neft və 90 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.