YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboy rayonu Tapqaraqoyunlu və Tərtər rayonu Sarov kənd orta məktəblərində təmir-bərpa işləri həyata keçirilir

İşğalçı Ermənistanın  silahlı qüvvələri tərəfindən bugünlərdə təmas xəttində Goranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbi atəşə tutulub. Bu səbəbdən məktəbin dam örtüyündə, bəzi sinif otaqlarında və dəhlizdə yanğın baş verib və binanın adı çəkilən hissələri istismara yararsız vəziyyətə düşüb.

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev tərəfindən dərhal bu hadisəyə reaksiya göstərilib. Belə ki, millət vəkilinin bilavasitə təşəbbüsü və dəstəyi ilə seçki qərargahının üzvləri, Goranboy rayon İcra Hakimiyyətinin məsul işçilərinin, rayon təhsil şöbəsinin rəhbərliyinin, pedaqoji kollektivin nümayəndələrinin iştirakı ilə məktəbə baxış keçirilib.

Məktəbdə görüləcək təmir-bərpa işlərinin həcmi müəyyənləşdirilib, inşaat briqadası ayrılıb, tikinti materialları gətirilib və məktəbin 645 kv.m dam örtüyünün, yanmış sinif otaqlarının və dəhlizin əsaslı təmir işlərinə başlanılıb. Qısa müddət ərzində Tapqaraqoyunlu kənd orta məktəbində təmir-bərpa işləri başa çatdırılacaq.

Eyni zamanda, millət vəkili Ağalar Vəliyevin seçki dairəsinə daxil olan Tərtər rayonu Sarov kənd orta məktəbinin dam örtüyü əsən güclü külək nəticəsində tamamilə sıradan çıxıb, deputat tərəfindən görülən operativ tədbirlər nəticəsində hazırda məktəbin 290 kv.m dam örtüyü yenisi ilə əvəz olunur və yaxın günlərdə başa çatdırılıb, müəllimlərin və şagirdlərin istifadəsinə veriləcək.