YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın hərbi birliklərin tank heyətlərinin yarışları keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, tank hərbi hissə və bölmələrində “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, yarışlarda tank heyətləri maneə sahəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tankəleyhinə xəndəyi və eskarpı dəf etməklə çətin şəraitdə sürücülük tapşırıqlarını yerinə yetirirlər. Heyətlər yerində və hərəkətdə atəş açmaqla təlim sahəsində yaradılmış müxtəlif hədəfləri məhv edirlər.

Yarışların yekununda birliklərdə ilk iki yeri tutan heyətlər Silahlı Qüvvələr üzrə keçiriləcək yarışlarda iştirak edərək ən yaxşı tank komandiri, tuşlayıcı operator və mexanik sürücüləri müəyyənləşdirəcəklər.