YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Keçirilən görüş dövlətlər arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir

«Hazırda dünyada baş verən mürəkkəb prosesləri nəzərə alaraq bölgə dövlətlərinin əməkdaşlığı gücləndirməsi vacibdir». Bu fikri Milli Məclisin  deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki,  bu baxımdan Azərbaycan, Türkiyə və Gürcüstan formatı çox uğurludur. Onun sözlərinə görə, müstəmadı olaraq dövlət başçıları, eləcə də nazirlər səviyyəsində üçtərəfli görüşlərin keçirilməsi əməkdaşlıq cəhətdən çox əhəmiyyətlidir.

«Digər regionlar da belə təcrübədən istifadə edə bilərlər. Dünən Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü də əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətlidir. Mütəmadi olaraq nazirlər görüşərək regionda və dünyada baş verən prosesləri müzakirə edərək müvafiq qərarlar qəbul edirlər. Eyni zamanda, ölkələr arasında münasibətlərin dərinləşməsi məsələləri də müzakirə olunur. Bu, hər üç dövlət arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir»- deyə, N.Cəfərov vurğulayıb.