YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

İyunun 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru cənab Aleksandr Fomini və "Rosoboroneksport" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru cənab Anatoli İsaykini qəbul edib.

Müdafiə naziri iki ölkə arasında hərbi sahədə mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu bildirib.

Qonaqlar Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarının geniş perspektivlərə malik olmasını diqqətə çatdırıblar.