YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: İcbari tibbi sığortanın tətbiqi istiqamətində işlər aktivləşib

İcbari tibbi sığortanın tətbiqi istiqamətində işlər aktivləşib. Bu fikri maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov bildirib ki, Baş nazirini müavini Əli Əhmədov icbari tibbi sığortanın tətbiqi ilə bağlı yaradılan işçi qrupuna rəhbərlik edir. Onun sözlərinə görə, bu qrupda müvafiq qurumların nümayəndələri də təmsil olunub.

«İşlər bundan öncə də aparılırdı, amma indi biz bu işə yeni bucaqdan baxırıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu sahədə nəzərəçarpacaq irəliləyişlərə nail olacağıq. İşçi qrupu tərəfindən icbari tibbi sığortanın tətbiqi ilə bağlı müəyyən ölkələrin təcrübəsindən yararlanırıq. Biz həm mənfi, həm də müsbət təcrübəni öyrənirik. Məsələn, elə ölkələr var ki, onlar icbari tibbi sığortanın tətbiqinə başlayanda çox uğurlu alınmışdı, lakin sonradan çox böyük problemlərlə üzləşiblər. Biz bu məsələdə ləng davransaq da, ümid edirəm ki, optimal bir modeli seçəcəyik»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv