YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcəkdir

Gürcüstanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixeil Saakaşvili aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcəkdir. Bu, prezidentlik müddəti başa çatdıqdan sonra M.Saakaşvilinin Azərbaycana ilk səfəri olacaqdır.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Forum çərçivəsində “Davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac” mövzusunun müzakirə ediləcəyi sessiyada M.Saakaşvilinin çıxışı nəzərdə tutulmuşdur.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda 45 sabiq dövlət və hökumət başçısının iştirakı gözlənilir. Ümumilikdə isə Forumda 54 ölkədən 150-dən çox ictimai-siyasi xadim, ekspert və elm adamı iştirak edəcəkdir.