YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Həsənova: İqtisadi fəal əhalinin 49 faizini məhz qadınlar təşkil edir

«İqtisadi fəal əhalinin 49 faizini məhz qadınlar təşkil edir. Onlar iqtisadiyytın demək olar ki,  bütün sahələrində çalışırlar». Bu fikirləri iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deyib.

 S.Həsənova bildirib ki, dövlət qulluğunda çalışanlar arasında qadınların göstəricisi 28 faiz, sahibkarlar arasında isə 17 faiz artıb. Onun sözlərinə görə, son dövrlərdə qadınların məşğulluq imkanlarının artırılması, biznesə başlamaq və inkişaf etdirmək üçün yaxşı imkanlar yaradılıb.

«Kadrların ixtisaslarının artırılması proqramı çərçivəsində 173 sahibkardan 30-u qadın olub. O cümlədən keçən il 44 sahibkarın 9-u qadın sahibkar olmaqla Almaniyada ixtisasartırma kursları keçib. Son 10 il ərzində 2 mindən çox qadın sahibkara 50 milyon dollardan çox, o cümlədən ötən il 430 qadın sahibkara 10 milyon dollardan çox kredit verilib»- deyə, nazir müavini qeyd edib.