YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məmməd Musayev: Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları sahibkarlığın inkişafına böyük dəstək verib

«Ölkədə həyata keçirilən siyasətin mərkəzində iqtisadi inkişaf və insan amili dayanır. Qarşıya qoyulan ən ümdə vəzifələrdən biri dövlətin və vətəndaşların baş verən neqativ halların mənfi təsirlərindən qorunmasıdır». Bu fikirləri yap.org.az saytına Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd  Musayev deyib.

M.Musayev bildirib ki, bu məqsədlə qarşıdan gələn dövrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu, həm Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edəcək, həm də özündə əks-böhran tədbirlərini əks etdirməklə milli iqtisadiyyatı, sosial sferanı neqativ təsirlərdən sığortalayacaq.

«Onu da qeyd etməliyəm ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları sahibkarlığın inkişafına böyük dəstək vermişdir. Belə ki, kecən dövr ərzində sahibkarlara güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmiş,  bu ilin sonunda həmin rəqəmin  2 milyard manat təşkil edəcəyi gözlənilir. Proqram cərcivəsində  son 12 il ərzində 1 milyon 400 min yeni iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yerləridir. Ümumilikdə, ötən il 84 mini daimi olmaqla 110 min yeni iş yeri açılıb. Qarşıdakı illərdə məşğulluğun artırılması məqsədilə regionlarda ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın və digər sənətkarlıq növlərinin inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görüləcək.  Keçən il ərzində proqrama uyğun olaraq ölkə Prezidentinin tapşırıqlarına əsasən zəruri tədbirlər həyata keçirilib, regionların inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait sərf edilmişdir»- deyə, M.Musayev vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv