YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

NASA və ESA Kainatın tam mənzərəsini yaratmışlar

ESA (Avropa Kosmik Agentliyi) NASA ilə birlikdə Kainatın ən dolğun mənzərəsini tərtib etmişlər. Burada təxminən 10 min qalaktika təsvir edilir. 

İllüstrasiyada Böyük partlayış deyilən hadisədən sonra yaranmış 10 mindən çox qalaktika və ulduz sistemi əks olunmuşdur.

Sözügedən agentliklərin əməkdaşları bu təsvirin tərtib edilməsi üçün 2003-cü ildən bəri 9 il ərzində Hubble teleskopu vasitəsi ilə çəkilmiş küllü miqdarda fotoşəkilləri vahid tam şəkildə birləşdirmişlər.

Həqiqətən çox böyük iş görülmüşdür, lakin bu işin nəticəsi özünü tamamilə doğrultmuşdur.

Xəritədə gözlə görünən və ültrabənövşəyi spektr sahələrində qalaktikaların fotoşəkilləri göstərilir.

Hazırda bütün dünya alimləri kosmik fəzanın və onun qanunauyğunluqlarının öyrənilməsi üzrə fəal araşdırmaları davam etdirirlər.