YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı ölkələri GMO məhsulları üzrə razılığa gəliblər

Avropa İttifaqı ölkələrinin ətraf mühit nazirləri genetik modifikasiya olunmuş məhsulların ayrı-ayrı üzv dövlətlər tərəfindən istehsalına qadağa qoyulması barədə razılığa gəliblər. GMO və ya genetik modifikasiyalı orqanizmlərin istehsalına tərəfdar olan ölkələr həmin məhsulların müəyyən şərtlər altında istehsalını həyata keçirə biləcəklər.

Razılaşma təxminən, dörd illik müzakirələrdən sonra əldə olunub.

Qərarın ilkin mətni Avropa Parlamentinin üzvləri tərəfindən növbəti plenar sessiyada nəzərdən keçiriləcək.

7 Avropa İttifaqı ölkəsi məhsullara sərt nəzarət və onlara nişanların qoyulması qaydalarına tərəfdar olan Avropa Komissiyasının 2004-cü ildə GMO-lar üzərində 6 illik qadağanın  aradan qaldırmasından sonra özləri bu sahədə müəyyən senzura  tətbiq ediblər.