YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin iyunun 20-də keçiriləcək iclasında bir sıra qanunlara dəyişikliklər ediləcək

Milli Məclis yerli qanunvericiliyi yaxın vaxtlarda ABŞ hökuməti ilə amerikalı rezidentlərin xarici hesablarına vergi qoyulması haqqında FATCA (Amerika Birləşmiş Ştatlarının Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı) qanunu üzrə əldə edilən razılaşmaya uyğunlaşdırılmasına hesablanmış bir sıra qanunverici aktlara dəyişikliklər zərfini müzakirə edəcək.

Milli Məclis, həmçinin "Sığorta fəaliyyəti haqqında" qanuna ("Sığorta sirri" haqqında 6-cı maddəyə), "Fərdi məlumatlar haqqında" qanuna ("Fərdi məlumatların verilməsi" haqqında 13-cü maddəyə), eləcə də "Banklar haqqında" qanuna ("Bank sirri" haqqında 41-ci maddəyə) bənzər məzmunlu maddələrin əlavə edilməsini müzakirə edəcək.

Bundan başqa, Vergi Məcəlləsinə bu məcəllənin 76.2-1-ci maddəsinin tələblərini icra etməməyə görə aparılmış əməliyyatın ümumi məbləğinin 30 faizi miqdarında, bu hesablar üzrə əməliyyat aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində maliyyə sanksiyasını nəzərdə tutan 60.1.4-ci maddənin əlavə edilməsi planlaşdırılır.

DİGƏR Xəbərlər Arxiv