YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Dövlət Departamenti yaraqlıların hücumunun İraqdan neft ixracına təsir göstərmədiyini bildirib

ABŞ hakimiyyəti bəyan edib ki, "İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının sünni yaraqlıların hücumu İraq neftinin dünya bazarına tədarüküna əhəmiyyətli təsir göstərməyib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Reyter agentliyi xəbər verir.

"Hazırda biz İraq tərəfindən neft təchizatında ciddi fasilələri müşahidə etmirik", - ABŞ prezidentinin mətbuat katibi Cey Karni çərşənbə günü brifinqdə bildirib.

Vaşinqton dünya bazarında qiymətlərin sabitləşməsi üçün ABŞ strateji neft ehtiyatlarını istifadə etmək niyyətində olması barədə jurnalistlərin sualına Karni cavab verməkdən imtina edib.

Bundan öncə xəbər verilib ki, İŞİD yaraqlıları Bayci şəhərindəki İraqın ən iri neft emalı zavoduna hücum ediblər.

Frans Press agentliyinin məlumatına görə, yaraqlılar NEZ-in ərazisinə daxil olub və bir neçə neft anbarını məhv edə biliblər.