YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çili millisi Braziliyada keçirilən futbol üzrə dünya çempionatında növbəti qələbəsini qazanmışdır

Braziliyada futbol üzrə dünya çempionatı çərçivəsində növbəti oyun keçirilmişdir., Rio-de-Janeyrodakı “Marakano” stadionunda “B” qrupu çərçivəsində İspaniya və Çili yığmaları qarşılaşmışlar. 

ABŞ-dan olan baş hakim Mark Geigerin idarə etdiyi oyunun 20-ci dəqiqəsində çilili futbolçu Eduardo Varqas hesabı açmışdır. Matçın 43-cü dəqiqəsində Çarles Aranguiz komandasının ikinci topunu İspaniya millisinin qapısından keçirmişdir.

Matçın sonunadək hesab dəyişməmiş və Çili millisi İspaniya yığmasını 2:0 hesabı ilə məğlub etmişdir.

Qeyd edək ki, hər iki komanda çempionatda ikinci oyununu keçirmişdir. İlk oyunda Çili millisi Avstraliyaya 3:1 hesabı ilə qalib gəlmiş, İspaniya yığması isə Hollandiya kollektivinə 1:5 hesabı ilə mığlub olmuşdur.