YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İran arasında əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın iclası avqustda Bakıda keçiriləcəkdir

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın iclası cari il avqustun 13-14-də Bakıda keçiriləcəkdir.

Bu sözləri İranda səfərdə olan Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov demişdir.

Ə.Abbasov bildirmişdir ki, bu barədə razılıq İranın informasiya texnologiyaları və rabitə naziri, dövlətlərarası müştərək komissiyanın həmsədri Mahmud Vaizi ilə görüşdə əldə edilmişdir.

Nazir qeyd etmişdir ki, Azərbaycan və İran böyük neft-qaz ehtiyatlarına malikdir və bu ölkələrin iqtisadiyyatı müəyyən qədər təbii sərvətlərdən asılıdır. Böyük perspektivi olan yüksək texnologiyların inkişafı istiqamətində fikirlərimiz və arzularımız üst-üstə düşür. Müştərək komissiyanın fəaliyyəti nəticəsində

Azərbaycan ilə İran arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş hazırlanacaqdır. Bu saziş imzalandıqdan sonra İranın İKT bazarı Azərbaycanın bu sahədə fəliyyət göstərən şirkətləri üçün, Azərbaycan bazari isə İran şirkətləri üçün açılacaqdır.

 

DİGƏR Xəbərlər Arxiv