YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Bələdiyyələrin və onların üzvlərinin sayı azaldılmalıdır

«Bələdiyyələrlə bağlı Milli Məclis çox mühüm qanunlar qəbul edib. Yerli özünüidarə orqanlarının inkişafı üçün böyük imkanlar var». Bu fikirləri YAP İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

 S.Novruzov bildirib ki, ölkədə bələdiyyə sədrlərinin və üzvlərinin sayı azaldılmalıdır. Onun fikrincə, bu baxımdan dünya ölkələrinin yaxşı təcrübələri var.

«Biz növbəti bələdiyyə seçkilərinə qədər addımlar atmalıyıq. Yasamal rayonundan 3 deputat seçilir, amma 19 bələdiyyə üzvü seçilir. Bu qədər bələdiyyə üzvünə ehtiyac yoxdur. Hamısı torpaq, əmək haqqı tələb edir. Bələdiyyə üzvlərinin sayı minimum 1, maksimum 9 nəfər olmalıdır. Bu məsələdə ciddi dəyişiklik edilməlidir ki, bələdiyyələr normal işləsin. 200 nəfər sakini olan kəndə 5 nəfər bələdiyyə üzvü seçirik. Bunun nə əhəmiyyəti var? Qanunvericilikdə ciddi şəkildə dəyişiklik etməli, həm bələdiyyələrin və üzvlərin sayını azaltmalıyıq»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv