YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: Bələdiyyələrin fəaliyyətinin düzgün olması üçün onların müvafiq büdcəsi olmalıdır

«Ötən il ərzində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində xeyli iş görülüb. Yeni seçilən bələdiyyə üzvləri arasında geniş maarifləndirmə işləri aparılıb». Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, bununla belə bu sahədə müəyyən problemlər də var. Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətinin düzgün olması üçün onların müvafiq büdcəsi olmalıdır. Bir çox bələdiyyələr heç işçilərinə məvacib verə bilmir.

«Respublika bələdiyyələrinin 14 faizinin əhalisi 1000 nəfərə qədərdir, o zaman onların vəziyyəti daha acınacaqlıdır. Belə bələdiyyələr tənqid edilsə də, cəzalandırılsa da vəziyyət düzəlməyəcək. Ona görə də həmin bələdiyyələrə mütləq dövlət kömək etməlidir. Qanunvericilik də buna imkan verir. Bütün bunları nəzərə alaraq dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait artırılmalıdır. Bələdiyyələr müəyyən layihələri icra etmək üçün subsensiya almaq hüququna malikdir. Lakin nə keçən il, nə də bu il müvafiq məqsədlə vəsait ayrılmayıb. Büdcədə builki gərginliyi anlayırıq. Lakin bu şəraitdə bələdiyyələrə ayrılan dotasiyaların bir hissəsi subsensiya yolu ilə ifadə oluna bilərdi. Biz bələdiyyələrin inkişafına kömək etməliyik»- deyə, komitə sədri vurğulayıb.