YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib

Bu gün Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. İclasda məruzə ilə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, bələdiyyələr birləşdiriləndən sonra onların sayı 1607 olub. Onun sözlərinə görə, bələdiyyələrin işinin daha da yaxşılaşdırılması, qanunsuz işlərin qarşısının alınması üçün mühüm tədbirlər görülüb.

Nazir müavini qeyd edib ki, bələdiyyələrdən daxil olan aktlara ekspertiza nəzarəti həyata keçirilib: “Nəticədə 2007 aktın dəyişdirilməsi və ləğv olunması tərəfimizdən bələdiyyələrə təqdim olunub. Qanunsuz zəbt olunan torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin olunub”. V.Zahirov deyib ki, bəzi bələdiyyələrin qərarlarını qanunun tələblərinə uyğun olaraq təqdim etməmələri müəyyən olunub: “Ötən ilə nisbətən 12,8 faiz bələdiyyə qərarlarının göndərilməməsi müaşahidə olunub. Bununla bağlı hüquqi tədbirlər davam etdirilir”.

 Məruzəçi vurğulayıb ki, prokurorluq orqanları tərəfindən aparılmış hərtərəfli araşdırma nəticəsində kifayət qədər əsaslar və səbəblər müəyyən edildiyindən 10 material üzrə cinayət işi başlanıb, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb və bələdiyyə sədrləri məhkum olunublar: “Həmçinin, cinayət hadisəsinin və əməldə cinayət tərkibinin olmaması, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və digər hallar nəzərə alınaraq 10 material üzrə cinayət işinin başlanması rədd edilib, digərlərinə isə baxılır”.

Nazir müavini deyib ki, 2015-ci ildə bələdiyyələrlə bağlı vətəndaşlardan daxil olan 2093 müraciətə baxılıb: Onlardan 127 müraciət təmin olunub. Daxil olan müraciətlər araşdırılıb. Onlardan 65 araşdırma materialı prokurorluq orqanlarına göndərilib. Müraciətlərə baxılıb hüquqi qiymət verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Nazir müavini bildirib ki, bir sıra bələdiyyələr tələb olunan aktları vaxtında təqdim etməyiblər: “Belə halların qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər görülüb. Belə ki, inzibati xəta haqqında 338 protokol tərtib edilərək məhkəmələrə göndərilib. Onlardan 35-i təkrar inzibati xəta ilə bağlı olub. Həmin protokollar əsasında 330 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub, 57 protokol üzrə isə müraciətlərə baxılıb”.

Müzakirələrdən sonra illik məruzə qəbul olunub.

DİGƏR Xəbərlər Arxiv