YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amerika Yəhudi Komitəsi Vaşinqton və Bakının strateji tərəfdaşlığının vacibliyinə inanır

“Biz Amerika Yəhudi Komitəsində Vaşinqton və Bakı arasında strateji tərəfdaşlığın vacibliyinə həmişə inanırıq. Müasir narahat dünyada Birləşmiş Ştatların xüsusilə Cənubi Qafqaz və Xəzər kimi vacib və həssas regionlarda güvənə biləcəyi dost və müttəfiqlərə ehtiyacı var. Və əlbəttə ki, təhlükəsizlik məsələlərini və digər ən zəruri problemləri həll etməkdə kömək etmək üçün Azərbaycana və onun daha böyük qonşularına ABŞ-la münasibətlərdə etibarlılığa və ardıcıllığa ehtiyacı var”. Bu fikirləri Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris Trend-ə müsahibəsində səsləndirib.

ABŞ-da  Azərbaycanın yəhudi icması haqqında düşüncələrə münasibət bildirən Devid Harris qeyd etmişdir ki, Amerika Yəhədi Komitəsi amerikalıları, o cümlədən amerikalı yəhudiləri Azərbaycanla tanış etmək üçün ciddi səylər göstərib, çünki bu ölkə bir çoxlarına burada tanış deyil. Biz çoxsaylı nümayəndə heyətlərinin tərkibində Bakıya səfər etmişik və əlbəttə bunu etməyə davam edəcəyik. Biz Azərbaycanın xarici işlər nazirini bizim illik Qlobal Forumda salamladıq, o burada iki mindən çox iştirakçı qarşısında çıxış etmişdi. Biz Avropaya, Latın Amerikasına və digər ölkələrə səfərlərimiz zamanı Azərbaycan səfirləri ilə görüşməyə, onların yerli yəhudi icmalarına təqdim etməyə çalışırıq. Biz Azərbaycanın Vaşinqtondakı səfirini, ölkənin BMT yanında daimi nümayəndəsini və Los-Ancelesdəki baş konsulunu Amerika Yəhudi Komitəsinin çoxsaylı tədbirlərinə və diskussiyalarına dəvət etmişik. Biz İsrailin Azərbaycandakı səfirini və Azərbaycanın ABŞ-dakı səfirini Vaşinqtondan Nyu-Yorkadək bir sıra şəhərlərdə bir həftə davam edəcək innovasiya görüşlərində, çıxışlarda və proqramlarda iştirak etmək üçün dəvət etməyə şadıq. Bütün bunlar indiyədək Amerika Yəhudi Komitəsinin Azərbaycanla münasibətlərini xarakterizə edən möhkəm dostluq ruhunda edilir.