YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT çoxlu sayda insan ölümünə və iqtisadi itkilərə səbəb olan təbii fəlakətlərlə bağlı hesabatını yaydı

BMT 2015-ci ildə rekord istilərin qeydə alındığını bəyan edib. Nəticədə dünyada çoxlu sayda insan ölümünə və iqtisadi itkilərə səbəb olan təbii fəlakətlər baş verib.

BMT-nin Xəbərlər mərkəzindən verilən xəbərə görə, təbii fəlakətlərin 90 faizi iqlim dəyişikliyi ilə bağlı olub. Bu isə iyirmi il bundan əvvəllə müqayisədə iki dəfə çoxdur.

Hesabatda qeyd edilir ki, ötən il təbii fəlakətlər üzündən 98,6 milyon insan yaralanıb. Təbii fəlakətlərin 92 faizi iqlim dəyişikliyi nəticəsində baş verib.

Ötən il ən böyük təbii fəlakətlər beş ölkədə - Çin, ABŞ, Hindistan, Filippin və İndoneziyada qeydə alınıb. Çində 26, ABŞ-da isə 22 təbii fəlakət baş verib.

Keçən il qeydə alınan 30-dan çox irimiqyaslı quraqlıqdan təxminən 50,5 milyon nəfər əziyyət çəkib. Sel nəticəsində isə 3310 nəfər həlak olub. Ümumiyyətlə, su ilə bağlı fəlakətlərdən ötən il 27,5 milyon insana ziyan dəyib. Asiya və Sakit okean sakinləri isə 90 fırtına və 48 qasırğa sovuşdurublar.

Hesabata görə, meteoroloji müşahidələr tarixində 2015-ci il ən isti il olub. İstilər əsasən Fransa, Hindistan və Pakistanda müşahidə olunub və bundan 1,2 milyon nəfər zərər çəkib. Həmçinin 7346 nəfər günvurmadan həyatını itirib. Ötən il zəlzələ və sunami nəticəsində 1369 nəfər, torpaq sürüşməsi nəticəsində isə 9525 nəfər həlak olub.