YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası keçiriləcəkdir

Bu gün Bolqarıstanın Varna şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası keçiriləcəkdir.

İclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcəkdir.

İclasda təşkilatın səmərəliliyinin daha da artırılması məqsədilə qəbul edilmiş qətnamə, qərar və tövsiyələrin yerinə yetirilməsinin hazırkı vəziyyəti, QDİƏT işçi qruplarına ölkə əlaqələndiricilərinin təyin edilməsi, təşkilatda müşahidəçi statusunun uzadılması və qurumun Layihə İnkişaf Fondunun fəaliyyəti məsələləri müzakirə olunacaqdır.
 

 

DİGƏR Xəbərlər Arxiv