YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Azərbaycan regionda Türkiyənin vacib tərəfdaşıdır

Azərbaycan müstəqillik qazandığı ilk gündən regionda Türkiyənin vacib tərəfdaşıdır. Bunu Trend-ə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında dostluq münasibətləri mövcuddur, Türkiyə Azərbaycana etibar edir, güvənir.

Diplomat bildirib ki, Azərbaycan və Türkiyənin böyük potensialı var və ölkələr 20 ildən artıq müddət ərzində mövcud potensialdan birgə istifadə edir ki, bu da regionun inkişafına gətirib çıxarıb: "Türkiyə və Azərbaycanın potensialı heç bir ölkəyə qarşı yönəlməyib".

Səfirin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında əlaqələr elə səviyyəyə çatıb ki, Bakı və Ankara üçüncü ölkələrə birlikdə sərmayə qoya bilər və bu, iki ölkənin qloballaşan dünyada necə hərəkət edə biləcəyinin bariz nümunəsidir.

İ.A.Coşqun diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və Türkiyə-Azərbaycan-Türkmənistan kimi üçtərəfli formatların mərkəzləridir.

O, əlavə edib ki, Türkiyə Prezidentinin Azərbaycana gözlənilən səfəri zamanı iki dövlət başçısının energetika, nəqliyyat, iqtisadiyyat, eləcə də regional məsələləri müzakirə edəcəyi nəzərdə tutulur.

Səfirin sözlərinə əsasən, hərbi, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafı kimi məsələlərin müzakirəsi də gözlənilir.