YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mədəniyyət sahəsində Tvinninq layihəsi həyata keçiriləcək

2016-2017-ci illərdə İtaliyalı ekspertlərlə birgə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi həyata keçiriləcək.

Layihənin icra müddətinin başlanması ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tvinninq layihəsininin yerli müşaviri Alessandro Biançi ilə görüşüb.

Nazirlikdən  bildirilib ki, görüşdə mədəni irsin qorunması və mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsinə dair 2016-2017-ci illəri əhatə edəcək Tvinninq layihəsi ilə bağlı müzakirələr aparılıb.

Nazir layihənin uğurla həyata keçirilməsinin mədəniyyət sahəsinin idarə edilməsində və mədəni irsin qorunmasında Azərbaycanın dünyanın ən qabaqcıl təcrübəsinə yiyələnməsinə kömək edəcəyini bildirib.

Layihə eksperti Azərbaycanın zəngin mədəni irsə sahib olduğunu qeyd edərək, görülən işlərdə yüksək həssaslıq göstəriləcəyini bildirib.

Qeyd edək ki, layihə Avropa Komissiyası ilə razılaşdırılmış və Nazirlər Kabineti tərəfindən təsdiqlənmişdir. İki il davam edəcək layihə mədəniyyətin müxtəlif sahələrində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə yönəlib.