YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəşt-Astara dəmir yolu İran üçün prioritetdir

Çexiya Respublikası Rəşt-Astara dəmir yolunun çəkilişi üçün investisiya yatırmağa hazırlaşır.

Bu sözləri İranın Dəmir Yolları Şirkətinin rəhbəri Möhsün Pürseyid deyib. O bildirib ki, İrana qarşı tətbiq edilmiş sanksiyaların ləğv edilməsi ölkəyə investisiya yatırılması üçün böyük imkan yaradıb. Çexiya da bu imkandan faydalanaraq Rəşt-Astara dəmir yolunun çəkilişinə sərmayə qoya bilər.

Bu yolun İran üçün prioritet olduğunu bildirən M.Pürseyid nəzərə çatdırıb ki, Çexiyanın bankları investisiya üçün vəsait ayırmağa hazır olduqlarını bildiriblər.

M.Pürseyid qeyd edib ki, bu yolun çəkilişində məqsəd İranın dəmir yolları sisteminin xarici dövlətlərə çıxış əldə etməsindən ibarətdir.

Qeyd edək ki, bu layihənin tezliklə başa çatması Azərbaycanın da iştirak etdiyi “Şimal-Cənub” tranzit dəhlizinin inkişafına təkan verəcək.