YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Dəyişikliklər qanun layihəsinin təkmilləşdirilməsinə xidmət edir

“Lisenziyalar və icazələr” haqqında qanun layihəsinə bəzi əlavələr edilib. Bu barədə  Milli Məclisin   İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevarlın 9-da keçirilən iclasında komitə üzvü  Tahir Mirkişili  məlumat verib. 

Onun sözlərinə görə, qanun layihəsində müəyyən olunmuş müddətdə icazə verən orqan sahibkarların müraciətlərini cavablandırmırsa, lisenziya avtomatik olaraq verilmiş hesab edilir. T.Mirkişili bildirib ki, bununla əlaqədar qanun layihəsinə yeni müddəa əlavə edilib. Bu, sənədin təkmilləşdirilməsinə xidmət edir.

«Biz yeni müddəada “lisenziya verilmiş hesab olunduqdan sonra” “avtomatik olaraq reyestrə daxil edilsin” yazdıq. Bunu ona görə etdik ki, hər hansı yoxlayıcı orqan sahibkarı yoxlayanda lisenziyanın olub-olmadığını avtomatik olaraq elektron portaldan yoxlaya bilsin. Daha bir mühüm dəyişiklik icazə verən orqanın metodiki yardım istəyən sahibkarın müraciətinin cavablandırması müddəti azaldılması ilə bağlıdır. Hər bir sahibkar lisenziya almamışdan öncə, metodiki kömək üçün icazə verən orqana müraciət edə bilər. Bunun əsas mahiyyəti ondan ibarət idi ki, sahibkarın özünün hazır olub-olmadığını bilməsi üçün əlavə xərc çəkmədən, lisenziyanı alıb-almayacağına əmin olması üçün dövlət orqanı metodiki yardım etməlidir. Biz o yardım müddətini məhdudlaşdıraraq 5 gün müəyyən etdik. Yəni, icazə verən orqan və ya dövlət orqanı  5 gün müddətində  sahibkara cavab vermək məcburiyyətindədir»- deyə, komitə üzvü qeyd edib.