YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Minsk qrupu bir daha sübut etdi ki, haqsızlığın yanındadır

«AŞPA-nın son sessiyasında ATƏT-in Minsk qrupu bir daha sübut etdi ki, haqsızlığın yanındadır, bizim əleyhimizə işləyir. Ancaq biz beynəlxalq təşkilatlardan da təcrid oluna bilmərik. Ona görə də biz hər zaman çıxışlarımızda Ermənistanın işğalçılıq siyasətindən danışmalıyıq». Bu fikirləri Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahmov bildirib ki, BMT Təhlükəsizlik Şurasından  başqa beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə  məşğul olacaq qurumların verəcəyi qərarların icra mexanizmi yoxdur. Onun sözlərinə görə, BMT TŞ məsələ ilə bağlı 4 qətnamə qəbul etsə də icra olunmur.

«Bu, ikili standartların, ədalətsizliyin bariz göstəricisidir. BMT TŞ-nin üzvü olan ölkələr öz maraqları naminə qəbul olunan qərarları bir neçə saat ərzində yerinə yetirirlər. Amma 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri qətnamələri yerinə yetirmirlər. Bu təşkilatlar bizim işğal olunmuş torpaqlarımızın geri qaytarılmasını istəmirlər. Sadəcə, biz bu beynəlxalq təşkilatların iclaslarında iştirak etməklə dünyaya səsimizi çatdırmağa çalışırıq. İnanıram ki, BMT gec də olsa bu məsələlərlə məşğul olacaq. Biz torpaqlarımızın azad edilməsi üçün böyük gücə sahibik. Biz istəmirik ki, müharibə olsun. Amma bu problemləri ATƏT-in Minsk qrupu 20 ildir həll edə bilmirsə, biz nə etməliyik. Məntiqlə bu qurumdan imtina etməliyik»- deyə, E.İbrahimov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv