YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Bu tədbirlər Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ölkəmizdə həyata keçirilən istehsalat proseslərinin və məhsulların qorunmasına yönəlib

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.  İclasda “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” yeni qanun layihəsi müzakirə olunub. Qanun layihəsi haqqında məlumat verən iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, sənəd Azərbaycanda sahibkarlığın inkişafı, yerli istehsal və bazarın qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu qanun layihəsi dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün vacibdir.

«Layihənin hazırlanmasında beynəlxalq təcrübədən geniş istifadə olunub. Layihə bir sıra sazişlər və konvensiyaların müddəaları əsasında hazırlanıb. Əsas məqsəd müxtəlif ölkələrdən Azərbaycana idxal olunan dempinqli subsidiyalaşdırılmış idxalın qarışısında müvafiq tədbirlərin görülməsidir. Qanun layihəsində 3 qrup tədbirlərin tətbiqi nəzərdə tutulub. Sənəddə antidempinq, kompensasiya və mühafizə tədbirləri yer alıb. Bu tədbirlər Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ölkəmizdə həyata keçirilən istehsalat proseslərinin və məhsulların qorunmasına yönəlib. Tədbirlər dempinqli, subsidiyalaşdırılmış idxalın ölkə bazarına təsirini azaltmaq, minimallaşdırmaq üçün nəzərdə tutulub. Qanunun icrası zamanı müvafiq araşdırma orqanı tərəfindən məhsulların idxalı ilə bağlı araşdırmalar aparılacaq. Hər hansı məhsulun idxalının dempinqli olduğu ortaya çıxarsa və ya hər hansı məhsulun idxalının sürətli şəkildə artımının yerli istehsala vurduğu ziyan müəyyənləşdirilərsə, beynəlxalq təcrübə ilə müəyyən edilmiş meyarlar əsasında müvafiq rüsumlar tətbiq olunacaq və ya digər tədbirlər görüləcək. Burada hansısa idxalın qadağan olunmasından söhbət getmir. Bu qanunla məhz dempinqli idxal zamanı yerli istehsala vurulacaq zərərin qarşısı alınacaq»- deyə, nazir müavini vurğulayıb.