YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“European Jewish Press” agentliyində Azərbaycandakı multikultural mühit haqqında məqalələr verilib

Avropada fəaliyyət göstərən yəhudi xəbər agentliyi “European Jewish Press”də Azərbaycanla bağlı məqalələr yayılıb. Məqalələrin müəllifi agentliyin yanvarın 28-31-də Azərbaycanda səfərdə olmuş müxbiri Yossi Lempkoviçdir.

Məqalələrdə Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişafı, müxtəlif sahələri əhatə edən əməkdaşlıq, ölkəmizdə yaşayan yəhudi icması, hökm sürən multikultural mühit haqqında məlumat verilir. Çoxsaylı millətlərə və dinlərə tolerant münasibətin hökm sürdüyü Azərbaycanın dünyəvi müsəlman ölkəsi olduğu vurğulanır.

Milli Məclis sədrinin müavini Bahar Muradovanın, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin fikirlərinə də yer verilən məqalələrdə Azərbaycana qarşı nümayiş etdirilən ikili standartların təəssüf doğurduğu bildirilir, Avropanın bir çox ölkələri ilə müqayisədə Azərbaycanda antisemitizmin mövcud olmadığı diqqətə çatdırılır.

Məqalələrdə Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı qəsəbənin İsrail istisna olmaqla dünyada yəhudilərin yığcam şəkildə yaşadıqları yeganə yer olduğu, ölkə ərazisində sinaqoqların sərbəst şəkildə fəaliyyət göstərdiyi, multikulturalizmin Azərbaycanın adət-ənənələrinin bir hissəsi olduğu vurğulanır.