YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclasında iqtisadi əlaqələrin mövcud vəziyyəti müzakirə ediləcək

Fevralın 10-11-də Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Komissiyanın iclasında iştirak etmək məqsədilə iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Böyük Britaniyaya səfər edəcək.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın Böyük Britaniya tərəfindən həmsədri Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Moddur.