YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan elektrik enerjisinin nəqlindən hər ay 400 min ABŞ dolları qazanacaq

Gürcüstan iki istiqamətdən elektrik enerjisinin daşınmasına başlayıb.

“Gürcüstan Dövlət Elektrik Sistemləri” şirkətindən bildiriblər ki, Gürcüstan Rusiyadan Ermənistana, Azərbaycandan isə Türkiyəyə elektrik enerjisinin daşınmasını həyata keçirir. Orta hesabla bir sutka ərzində Rusiyadan 30 MVt, Azərbaycandan isə 80 MVt elektrik enerjisi alınır.

Bunun müqabilində Gürcüstan hər ay 1 milyon lari (təqribən 400 min ABŞ dolları) qazanc əldə edəcək.