YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Multikulturalizm qış məktəbi fəaliyyətə başlayıb

Fevralın 8-də Bakı Slavyan Universitetində (BSU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və BSU-nun təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” devizi altında beynəlxalq qış məktəbi fəaliyyətə başlayıb.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Qış məktəbinə Türkiyə, Portuqaliya, İtaliya, İsveçrə, Çexiya, Litva, Rusiya, Belarus, Bolqarıstan, Polşa, Ukrayna, Gürcüstan, Almaniya, İndoneziya və Yaponiyadan “Azərbaycan multikulturalizmi” fənninin dinləyicisi olan əllidən çox alim və tələbə qatılıb. Layihə Azərbaycanda həyat tərzinə çevrilən multikulturalizm və tolerant mühitin əcnəbi tələbələrə daha yaxından tanıdılması və ölkəmizə olan marağın artırılması məqsədi daşıyır.

Tədbir fevralın 15-dək davam edəcək.