YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-da tibbi qiymətləndirmə kursunda iştirak edirlər

Fevralın 8-də Madriddə NATO-da tibbi qiymətləndirmə, Almaniyanın Oberammerqau şəhərində resursların idarə edilməsi üzrə təhsil proqramı kursları və Qarmiş-Partenkixen şəhərində (Almaniya) dil testi üzrə seminar işə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Kurslar fevralın 12-dək, dil testi üzrə seminar isə fevralın 19-dək davam edəcək.