YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Təhsilin inkişafında ciddi nailiyyətlər əldə olunub

«Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir». Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, müharibə şəraitində yaşamasına, bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycanda bütün sahələrdə tərəqqiyə nail olunub. Onun sözlərinə görə, paytaxtla yanaşı, bölgələr də inkişaf edib.

«Ötən dövr ərzində təhsilin inkişafı baxımından da ciddi nailiyyətlər əldə olunub. Belə ki, son on il ərzində üç minə yaxın məktəb tikilib istifadəyə verilib ki, bu da təhsil maddi-texniki bazasının güclənməsində mühüm faktordur. Eləcə də, bu dövrdə bölgələrdə yüzlərlə xəstəxana tikilib, minlərlə kilometr yol çəkilib, infrastruktur layihələri həyata keçirilib, geniş quruculuq işləri aparılıb. Bütün bunlar sübut edir ki, Azərbaycanda aparılan dövlət siyasətinin təməlində məhz əhalinin sosial rifahının yaxşılaşdırılması dayanır»- deyə, nazir vurğulayıb.