YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Mequro Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının festivalında təmsil olunub

Tokionun mərkəzində yerləşən Mequro Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının (MİFA) eyniadlı rayonunun ərazisində yaşayan xalqların nümayəndələrinin iştirakı ilə təşkil etdiyi ənənəvi festivalda Azərbaycan yüksək səviyyədə təmsil olunub.

Festivalın açılış mərasimində çıxış edən MİFA-nın baş direktoru xanım Reyko Kato və Mequro rayonunun meri Eici Aoki tədbir iştirakçılarını salamlayıblar. Bildirilib ki, MİFA rayon ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri arasında mehriban əməkdaşlıq, səmimi qonşuluq münasibətlərinin qurulmasında, onların həm yapon, həm də bir-birinin mədəniyyətini, adət-ənənələrini, dilini öyrənməsində mühüm rol oynayır.

Festival müxtəlif xalqların mədəniyyət nümunələrini əks etdirən bədii proqramla davam edib. Yaponiyada yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı, pianoçu Gülnarə Səfərova-Azumanın ifa etdiyi Azərbaycan milli mahnıları və bəstəkar musiqisi nümunələri iştirakçıların alqışları ilə qarşılanıb.

Rayon ərazisində yerləşən Azərbaycan, Qırğızıstan, Özbəkistan, Polşa, Nepal, Sudan, Cibuti və Keniya səfirliklərinin təmsil etdikləri ölkələrin mədəni eksponatlarının, milli mətbəx nümunələrinin təqdim edildiyi stendlər iştirakçıların böyük marağına səbəb olub.

Azərbaycan səfirliyinin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında yapon dilində nəşr edilmiş müxtəlif çap məhsulları, “İRS-İsan” jurnalının nömrələri, “Gilan Holding”in “Jalə” nar şirələri, milli mətbəximizin nümunələri tədbir iştirakçılarına təqdim edilib.

Azərbaycan milli mətbəxinin ləziz nümunələri, şəkərbura və paxlava tədbirdə iştirak edən yaponların, eləcə də digər xalqların nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan stendi barədə fikirlərini AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən Mequro rayonunun meri Eici Aoki bildirib ki, ölkəmizi təmsil edən stend yüksək səviyyədə təşkil olunub. Ümumiyyətlə, Azərbaycan səfirliyi ilə rayon meriyası arasında xoş münasibətlər var və birgə layihələr həyata keçirilir. 2013-cü ildə Azərbaycanın bir sıra rayon və şəhər icra hakimiyyəti başçılarından ibarət qrupun Mequro rayon rəhbərliyi ilə görüşünü xatırladan mer bildirib ki, Yaponiyada ölkəmizə böyük maraq var. Rayon rəhbərliyi Azərbaycanla sıx əməkdaşlığın qurulmasına çalışır və bu, iki dost xalqın bir-birini daha yaxından tanımasına mühüm töhfələr verir.

 

DİGƏR Xəbərlər Arxiv