YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asim Mollazadə: İşğal olunmuş ərzailərimizdə baş verən qanunsuzluqlar hər zaman beynəlxalq qurumların gündəminə çıxarılmalıdır

«Azərbaycanın işğal olunmuş ərazilərində xarici şirkətlərin investisiya yatırmaları ilə bağlı yayılan məlumatlar əslində erməni təbliğatının bir formasıdır». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, bu ərazilərdə əsasən erməni diasporuna və işğılçı Ermənistana məxsus şirkətlər fəaliyyət göstərir. Onun sözlərinə görə, bu, beynəlxalq hüqquqa zidd addımdır.

«Ona görə də, Azərbaycan tərəfi bu məsələni daim diqqətdə saxlamalı və müvafiq beynəlxalq qurumlara məlumat verməlidir. Daim bu məsələ beynəlxalq təşkilatların gündəminə çıxarılmalıdır. İşğalçı Ermənistanın və xarici şirkətlərin qeyri-qanuni əməllərinın qarşısının alınması tələb olunmalıdır»- deyə, A.Mollazadə qeyd edib.