YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minskdə XİN-lərarası məsləhətləşmələr keçirilib

Fevralın 4-5-də Minskdə, MDB-nin İcraiyyə Komitəsində Birliyin üzvü olan dövlətlərin xarici siyasət idarələrinin rəhbərləri arasında “2016-cı ildə MDB çərçivəsində qarşılıqlı fəaliyyət haqqında” mövzusuna həsr edilmiş məsləhətləşmələr keçirilib. Bu barədə təşkilatın Minskdəki qərargahının Humanitar əməkdaşlıq, ümumi siyasi və sosial problemlər departamentində məlumat verilib.

Tədbir iştirakçıları MDB-nin transformasiyası barədə Qazaxıstanın təkliflərini nəzərdən keçirib, Qırğız Respublikası tərəfindən təklif edilmiş 2016-cı ildə Birlikdə sədrlik konsepsiyasının və bu konsepsiyanın reallaşdırılması üzrə Tədbirlər Planının uğurla yerinə yetirilməsinə hər vasitə ilə kömək etməyə hazır olduqlarını bildirib, MDB Hökumət Başçıları Şurası tərəfindən təsdiq olunmuş Birliyin 25 illiyinə həsr edilmiş tədbirlərin yerinə yetirilməsinin təmin olunması üzrə qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

2016-cı il üçün MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələrin planı razılaşdırılıb.