YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” elektron xidməti üzrə ötən il 314 mindən çox istifadə sayı qeydə alınıb

Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilir. Fondun göstərdiyi elektron xidmətlərdən biri də  məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsidir. 2015-ci il üzrə xidmətdən ümumilikdə 314 079 istifadə sayı qeydə alınmaqla, sığortaedənlər öz hesabatlarını elektron qaydada təqdim ediblər. 

Məlumatı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektoru yayıb.

Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarında fəaliyyət göstərən “Yardım masaları”nın xidmətindən yararlanmaqla, öz hesabatlarını elektron formada təqdim edirlər. Bu xidmət sığortaedənlərlə Dövlət Sosial Müdafiə Fondunun orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaratmaqla, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.

Qeyd edək ki, “Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ildə Fondun öz saytı, “Elektron Hökumət” portalı və “Hökumət ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 milyondan artıq istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.