YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Milli iqtisadiyyatımızın qorunması üçün biz mütləq iqtisadi islahatların dərinləşməsinə çalışmalıyıq

«Bütövlükdə dünya iqtisadiyyatında baş verən proseslər, xüsusilə, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycanın milli maraqlarının qorunması, ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması baxımından islahatların daha da sürətləndilirilməsinə ehtiyac yaradır». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, ilk növbədə, qeyri-neft sektorunun inkişafına xidmət edən sahələrin inkişafının stimullaşdırılması məsələsi öndə gəlir. Onun sözlərinə görə, dövlət başçısı da dəfələrlə bunu vurğulayıb, qeyri-neft sektorunun inkişafını prioritet məsələ kimi önə cəkib.

 «Heç təsadüfi deyil ki, biz bir müddət bundan əvvəl dövlət başçısının özünün təşəbbüsü ilə sahibkarlara qarşı yoxlamaların iki illiyinə dayandırılması ilə bağlı çox mühüm qanun qəbul etdik. İndi “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi müzakirə olunur. Söhbət də ondan gedir ki, müdaxilələr azalsın, insanlar bu və ya digər işi qurarkən əziyyət çəkməsinlər. Bundan başqa, bank kreditlərinin real sektora verilməsi istiqamətində işlər hələ kifayət qədər səviyyədə deyil. Yəni, necə edək ki, sahibkar, özəl sektor üzünü tutsun regionlara, iş yerləri açılsın və istehsal inkişaf etdirilsin. Milli iqtisadiyyatımızın qorunması üçün biz mütləq iqtisadi islahatların dərinləşməsinə çalışmalıyıq. Yeni iş yerləri də elə yaradılmalıdır ki, layihələrimiz sanballı olsun, layihələrimiz əmək tutumlu olsun, layihələrimiz ixracyönümlü olsun. Bunların hamısı böyük iqtisadi məsələlərdir və bu iqtisadi məsələləri də həll etmək üçün qiymət mexanizmində də, bank siyasətində də, kredit siyasətində də, büdcə siyasətində də islahatlar, yeniləşmə aparılmalıdır»- deyə, komitə sədri vurğulayıb.