YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Reallaşdırılan tədbirlər sosial-iqtisadi dayanıqlılığın təmin olunmasına xidmət edir

«Sosial-iqtisadi inkişaf baxımından Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Bu hədəflərə nail olmaq üçün ölkəmizdə uğurlu siyasət həyata keçirilir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, hazırda dünyada baş verən proseslər fonunda ölkəmizin zəruri tədbirlər həyata keçirməsi çox təqdirəlayiqdir. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər yeni şəraitə uyğun olaraq sosial-iqtisadi sferanı əhatə edir.

«Dövlət başçısı tərəfindən həyata keçirilən siyasət, Onun müvafiq icra strukturlarına verdiyi tapşırıqlar məhz Azərbaycanda islahatların yeni mərhələsinin başlanğıcının göstəricisidir. İnanırıq ki, aparılan islahatlar uğurlu nəticələr verəcək. Nəzərə alsaq ki, dünyada qlobal maliyyə-iqtsadi böhran davam edir, ölkəmizdə həyata keçirilən siyasət Azərbaycanın bu böhrandan minimum itki ilə çıxmasına imkan verəcək. Bütövlükdə isə reallaşdırılan tədbirlər sosial-iqtisadi dayanıqlılığın təmin olunmasına xidmət edir»- deyə, S.Hüseynova qeyd edib.    

DİGƏR Xəbərlər Arxiv