YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviya Prezidenti “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində Azərbaycanın rolunu dəyərləndirdi

Azərbaycan enerji və tranzit sahələrində Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşıdır. Latviya “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində və Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərlərinin genişləndirilməsi işlərində Azərbaycanın rolunu yüksək qiymətləndirir.

Bu fikirləri Latviya Prezidenti Raymonds Veyonis məşhur “The Business Year” jurnalına müsahibəsində deyib. R.Veyonis bildirib ki, Latviya Aİ və Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə möhkəm dəstək üçün “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyinə inanır.

Qeyd edək ki, “Cənub qaz dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub qaz dəhlizi” CQBK, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir.

 

DİGƏR Xəbərlər Arxiv