YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aliyə Ağrılı: Prezident İlham Əliyevin apardığı siyasi xəttə sadiq olaraq ölkəmizin qüdrətlənməsi və çiçəklənməsi yolunda var qüvvəmizlə çalışmalıyıq

«Müəyyən tarixi günlər var ki, onlar gənclərin həyatında əlamətdar rol oynayır. Həmçinin onlarda milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına ciddi təkan verir. Belə səpkili günlərdən biri də 2 fevral Ümumrespublika Gənclər günüdür. Ölkəmizdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir». Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyi ofisinin koordinatoru Aliyə Ağrılı deyib.

A.Ağrılı bildirib ki, Azərbaycan gəncliyi ölkə Prezidenti cənab İlham Əliyevin siyasəti nəticəsində yeni-yeni  uğurlara imza atır. Onun sözlərinə görə, Prezident İlham Əliyev gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görür.

«Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi cənab Prezident İlham Əliyevin fəaliyyətinin əsasını təşkil edir. Bir neçə gün öncə gənclərin bir qrupunu qəbul edən ölkə başçısı Azərbaycanın gələck inkişafını onların təmin edəcəyini söyləyərək tövsiyələrini vermiş, gəncləri ölkəninin ictima-siyasi həyatında daha da aktiv olmağa çağırmışdır. Biz gənclər də bunun məsuliyyətini dərk edərək Azərbaycan naminə Cənab Prezidentin apardığı siyasi xəttə sadiq olaraq ölkəmizin qüdrətlənməsi və çiçəklənməsi yolunda var qüvvəmizlə çalışmalıyıq»- deyə, A.Ağrılı qeyd edib.

DİGƏR Xəbərlər Arxiv