YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Görkəmli akademik Cəlal Əliyevlə vida mərasimi keçirilib

Fevralın 1-də dünya şöhrətli alim, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, müstəqil Azərbaycanın ali dövlət mükafatlarına - “İstiqlal” və “Şərəf” ordenlərinə, Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”na layiq görülmüş akademik Cəlal Əliyevlə vida mərasimi keçirilib.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi AMEA-nın binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu. Görkəmli alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Salonda həzin matəm musiqisi səslənirdi.

Mərasimi AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirib. Akif Əlizadə akademik Cəlal Əliyevin ölkəmizdə biologiya və aqrar elminin inkişafından, ictimai-siyasi xadim kimi fəaliyyətindən danışıb.

Allah rəhmət eləsin!