YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Şəfafflığı təmin etmək üçün “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik hazırlanır

“Qanuna edilən dəyişikliyə görə, dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar hesabat verməlidir. Ancaq təəssüflər olsun ki, bu gün bəzi siyasi partiyalar hesabat vermir”.

Trend-in məlumatına görə, bunu YAP-ın İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, bəzi partiyalar hesabat yerinə ağ kağız göndərirlər ki, guya bunların heç bir maliyyəsi olmayıb: “Ancar partiya sədrinin 4-5 cangüdəni var və bahalı maşınlarda gəzir. Bəs maliyyəsi yoxdursa, bunlar haradandır?”

S.Novruzov bildirib ki, bunları aradan qaldırmaq və şəfafflığı təmin etmək məqsədilə rəhbərlik etdiyi komitə “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik hazırlayır.

DİGƏR Xəbərlər Arxiv