YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: Hazırkı vəziyyətdə SOCAR-ın özəlləşdirilməsindən söhbət gedə bilməz

Hazırkı vəziyyətdə SOCAR-ın özəlləşdirilməsi gündəmdə olan məsələ deyil. SOCAR nəinki Azərbaycanın iqtisadiyyatında, o cümlədən də ölkəmizin xarici siyasətində mühüm rol oynayır.

Bu barədə energetika naziri Natiq Əliyev məlumat verib. Nazir qeyd edib ki, Azərbaycanın enerji sektorunda istehsalçı yox, əsasən köməkçi müəssisələr özlləşdirilməlidir. Enerji sahəsindəki paylayıcı şəbəkələr isə çox köhnədirlər. Həmin şəbəkələrdə böyük itkilər var və onların özəlləşdirilməsi iri həcmdə investisiyalar tələb edir. Bu paylayıcı sistemləri müasir vəziyyətə gətirmək üçün təxminən 4 milyard dollar vəsait lazımdır. Təkcə fiziki şəxslər bunu edə bilməz, bu prosesdə böyük şirkətlər iştirak etməlidirlər.