YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Əsas işimiz odur ki, bu imkanlardan yararlanaraq üzərimizə düşən vəzifələri layiqli səviyyədə yerinə yetirək

«Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Dövlətimiz gəncliyin inkişafı üçün bütün imkanları yaradıb. Bizim də əsas işimiz odur ki, bu imkanlardan yararlanaraq üzərimizə düşən vəzifələri layiqli səviyyədə yerinə yetirək». Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev bir qrup gənclərlə görüşündə mühüm məsələlərlə bağlı fikirlərini ifadə edib. Onun sözlərinə görə, dövlət başçısı gənclərin də üzərinə mühüm vəzifələrin düşdüyünü diqqətə çatdırıb.

«Əlbəttə, biz hər zaman cənab Prezidentin siyasətini dəstəkləyirik, Azərbaycan gəncliyi dövlət başçısının ətrafında sıx birləşib. Hörmətli Prezidentimiz gəncliyin inkişafı üçün uğurlu siyasət həyata keçirir, müxtəlif sahələr üzrə fəallıq göstərən gəncləri mükafatlandırır. Öz növbəmdə, bir neçə gün öncə məni də təltif etdiyi üçün cənab Prezident, partiyamızın Sədri İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Fəaliyyətimizlə bu etimadığı daim doğrultmağa çalışacağam. Bu gün ölkəmizdə yüksək intellektli gənc nəsl yetişir. İnanırıq ki, belə bir gənclik Azərbaycanın gələcək inkişafı üçün böyük töhfələr verəcək»- deyə, S.Orucov vurğulayıb.