YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərhad Hacıyev: Azərbaycanda sağlam, vətənini sevən, müasir düşüncəli, yenilikçi gənclik böyüyür

«Azərbaycanda həyata keçirilən dövlət  gənclər siyasəti unikal bir fenomendir. Mən 15 ildən artıqdır ki, gənclər siyasətinin icrasında iştirak edirəm. Bu 15 ildə bir çox ölkələrdə olmuşam, tədbirlərdə iştirak etmişəm, görüşlər keçirmişəm, müşahidələr aparmışam. Mən tam əminliklə deyə bilərəm ki, dünyanın heç bir ölkəsində gənclərə dövlət tərəfindən bu qədər imkanlar açılmayıb». Bu fikirləri yap.org.az saytına Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.

F.Hacıyev bildirib ki, dövlətin gənclərə olan diqqət və qayğısı, eyni zamanda, dövlətin bu sahəyə verdiyi prioritet dünyanın heç bir yerində yoxdur. Onun sözlərinə görə, xaricə səfərlər zamanı görülən işlər haqda əcnəbilərlə söhbət edəndə onlar  çox böyük təəccüblə maraqlanırlar bizim gənclər siyasətilə.

«Çünki bu siyasət çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanda dövlət gənclər siyasətinin banisi Ümummilli lider Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyev uzaqgörən insan idi və gənclər siyasətini də uzaq perspektivlərə hesablamışdı. Yəni gənclərə qoyulan investisiyalar bir neçə ilə sonra öz nəticələrini verir. Xatırladım ki, Azərbaycanda 1-ci  Gənclər Fourumunun keçirilməsindən 20 il vaxt keçir. O forumda bir çox təkliflər səsləndirilmişdi. Belə ki, gənclərlə bağlı infrastruktur bazasının yaradılması, qanunverici orqan tərəfindən müəyyən qanunların qəbul edilməsi, dövlət tərəfindən xüsusi məqsədlərə yönəlmiş, konkret hədəflərə hesablanmış dövlət proqramlarının qəbul edilməsi, müxtəlif dövlət qurumlarının birgə fəaliyyəti və s. təkliflər sırasına daxil idi. Artıq bu məsələlər öz həllini tapıb.

Belə ki, bölgələrdə Gənclər evləri, mərkəzləri açılıb. Gənclərin asudə vaxtlarının təşkili üçün kifayət qədər yerlər var. Dövlət düşərgələrin tikintisi ilə məşğuldur. Artıq iki düşərgə fəaliyyət göstərir. Bunları deməkdə məqsədim odur ki, gənclər siyasəti real işlərə əsaslanan və real nəticələr verən siyasətdir ki, bu gün Azərbaycanda sağlam, vətənini sevən, müasir düşüncəli, yenilikçi gənclik böyüyür»- deyə, F.Hacıyev vurğulayıb.