YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-İndoneziya energetika forumu keçirilir

Fevralın 1-də Bakıda Azərbaycan-İndoneziya energetika forumu öz işinə başlayıb.

Energetika naziri Natiq Əliyev Azərbaycan ilə İndoneziya arasındakı sıx əməkdaşlıq münasibətlərindən, iki ölkənin enerji sahəsindəki uğurlardan danışıb və forumun həmin əlaqələrin inkişafında xüsusi rol oynayacağını deyib. Nazir bildirib ki, hər iki ölkənin çox mühüm enerji potensialı var və Azərbaycanın da, İndoneziyanın da iqtisadiyyatında neft sektoru əsas yer tutur.

N.Əliyev deyib ki, Azərbaycanın təşəbbüsü ilə nəinki regionun, o cümlədən də Avropa qitəsinin enerjiyə tələbatının təmin olunması üçün mühüm layihələr reallaşdırılır.

İndoneziyanın Enerji və Mineral Sərvətlər Nazirliyinin Neft və Qaz üzrə baş direktoru Gusti Nyoman Viratmaja Puja deyib ki, ölkəsi Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. O bildirib ki, iki ölkənin enerji sektoruna qarşılıqlı investisiya qoyuluşu, xüsusilə də özəl sektor nümayəndələrin aktiv fəaliyyəti bu əlaqələrin inkişafına mühüm töhfələr verəcək.