YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Ümumrespublika Elm Festivalı keçiriləcək

Oktyabrın 25-dən noyabrın 10-dək Bakıda Ümumrespublika Elm Festivalı keçiriləcək.

Bununla bağlı qərar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin yanvarın 27-da keçirilən növbəti iclasında qəbul edilib.

İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə 2014-cü ildə təşkil edilmiş Bakı Elm Festivalı barədə danışıb, yeni elmi texnologiya və innovasiyaların nümayiş olunması, elmin populyarlaşdırılması və cəmiyyətdə elmə marağın artırılmasında belə tədbirlərin əhəmiyyətini qeyd edib. Bildirilib ki festivalın proqramında yer alan sərgilər, mühazirələr, elmi müəssisələrə səyahətlər, əyləncəli şoular ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Elmi biliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın yaradılması son illər akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindəndir.

 

 

DİGƏR Xəbərlər Arxiv