YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il dəniz nəqliyyatı ilə 8,4 min sərnişin daşınıb

Dəniz nəqliyyatı ilə 2015-ci ilin yanvar-dekabr aylarında daşınmış yüklərin həcmi 6,6 milyon ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 33,3 faiz azalıb. Yüklərin 64,9 faizi neft yükləri təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, dəniz limanlarında 8,55 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 94,3 faizini tranzit yüklər təşkil edib. 2016-cı il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan idxal yüklərin həcmi 132,4 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 43,6 faiz azalaraq 8,4 min nəfər təşkil edib.